"Ermənistan bulyona oxşayır"

25 Sentyabr, 2018 09:38 | Siyasət | Baxış sayı: 135
Paşinyan
Paşinyan

Rusiya mətbuatı baş nazirin seçki oyunundan yazdı

Ermənistanın baş naziri Nikol Paşinyan Ağsaqqalar şurasına seçkini müxalifətə təzyiq vasitəsinə çevirib. Bu barədə Rusiyanın “Komersant” qəzeti yazır. 

“Cənab Paşinyan bu siyasi kampaniyanın onun şəxsi qələbəsi olması üçün hər şeyi etməyə çalışıb. Müşahidəçilər qeyd ediblər ki, o qəsdən İrəvan meri postuna komediyaçının namizədliyini irəli sürüb ki, hər kəsə "insanlar mənim seçdiyim istənilən şəxsi seçəcəklər" məntiqini sübut etsin", deyə qəzet yazır.

Nəşrin məlumatına görə, Paşinyan küçə mitinqlərində çox çıxış edir və vəziyyəti ağlarla qara qüvvələrin mübarizəsi kimi təqdim edir. Birinciyə o, təbii ki, özünü və komandasını aid edir, qaralara isə geridə qalanları.

"İndi baş nazirin əsas problemi parlamentdə çoxluğa sahib ola bilməməsidir. Bu vəziyyətdə onun yeganə resurs və zəmanətçisi küçədir. Onun məxməri inqilab adlandırdığı hadisələrdən dörd ay keçsə də baş nazir iş kabinetindən daha çox vaxt keçirdiyi mitinqləri çağırmağa davam edir.

Amma xalq yavaş-yavaş belə toplantılardan bezməyə başalayıb. Yemək də lazımdır. Bazar və mağazalardakı qiymətlər isə əl yandırır.

İndi Paşinyan parlament seçkisi ərəfəsində köməyinə güc sturukturlarını çağırır. Bu orqanların da rəhbərliyi özünün tərəfdaşlarıdır". 

Ermənistandakı vəziyyət hələ bişməkdə olan bulyona bənzədilir. "Ondan nə alınacağı hələ bəlli deyil", deyə "Kommersant"a ermənipərəst rusiyalı diplomatlardan biri açıqlama verib.