Cəbhədə ermənilərdən yeni təxribat - MN xəbərdarlıq etdi

25 Sentyabr, 2018 10:31 | Siyasət | Baxış sayı: 417
Cəbhədəki Azərbaycan əsgəri
Cəbhədəki Azərbaycan əsgəri

"Mövqelərimizə yaxınlaşmağa cəhd edən istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq"

Cəbhə xəttində vəziyyət gərginləşib. Müdafiə nazirliyindən İstiPress-ə verilən məlumata görə, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. "İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur".

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq.

Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.