Bu da Azərbaycanın yeni snayperi FOTO

25 Sentyabr, 2018 15:54 | Siyasət | Baxış sayı: 352
Snayper
Snayper

Snayper 1500 metr məsafədə hədəfi dəqiqliklə vurub

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mütəxəssisləri tərəfindən 12.7 mm çaplı iriçaplı yeni snayper tüfəngi yaradılıb. İstiPress-in “AzeriDefence”ə istinadla verdiyi məlumata görə, 12.7 x 108 mm çaplı snayper tüfəngi ilk dəfə ADEX-2018 beynəlxalq müdafiə sərgisində nümayişə çıxarılıb.

Çəkisi bazardakı analoqları ilə müqayisədə yüngül – cəmi 10 kq təşkil edən snayper tüfəngi sınaqlar zamanı 1500 metr məsafədə hədəfi dəqiqliklə vurub.

Bolt-action (əllə tək-tək doldurma) iş prinsipinə malik silahda atıcının rahatlığı tam təmin olunub.

Hazırda sınaqları davam edən snayper tüfənginin lüləsi də daxil olmaqla bütün hissələri Azərbaycan MSN-in müəssisələrində istehsal edilir.

Snayper tüfənginin texniki-taktiki göstəriciləri barədə əlavə məlumat verilməyib.