Rusiyanın müdafiə naziri Bakıdadır

25 Avqust, 2020 13:49 | Siyasət | Baxış sayı: 27
Sergey Şoyqu
Sergey Şoyqu

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

İstiPress-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib ki, S. Şoyqunun səfərinin məqsədi "Ordu Oyunları-2020"-nin Dəniz kuboku" müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.

Rusiya MN-nin məlumatında Şoyqunun səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı qeyd olunub.