Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava

25 Avqust, 2020 12:04 | Siyasət | Baxış sayı: 124

Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.

İstiPress-in məlumatına görə, bu barədə “Sputnik Gürcüstan” xəbər yayıb.

Bildirilir ki, hadisə Ninotsminda bələdiyyəsinin Toriya kəndində baş verib.

Davanın milli deyil, məişət zəminində baş verdiyi vurğulanıb. Belə ki, mal-qaranın qonşu örüş sahəsinə girməsi ilə iki tərəf arasında münaqişə başlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsinin "b" və "d" yarımbəndləri və 225-ci maddəsinin ikinci hissəsi (qrup zorakılığının təşkili, idarə olunması və iştirakı) ilə cinayət işi açılıb. 

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılsa da, artıq onların hamısı sərbəst buraxılıb.