Babayan: Sarkisyan 7 rayonu heç bir şərt qoymadan qaytarmağa hazır idi

25 Avqust, 2020 10:41 | Siyasət | Baxış sayı: 170
Ermənistan ordusu aprel döyüşlərindən sonra verdiyi vədlərdən qaçır
Ermənistan ordusu aprel döyüşlərindən sonra verdiyi vədlərdən qaçır

Azərbaycan torpaqlarının işğalında ciddi rolu olmuş erməni hərbçi Samvel Babayan keçmiş silahdaşı S.Sarkisyanın prezident olarkən bir neçə rayonu heç bir şərt qoymadan Azərbaycana qaytarmağa hazır olduğunu bildirib.

İstiPress-in məlumatına görıə, Xocalıda dinc əhaliyə qarşı soyqırıma Robert Koçaryan və Serj Sarkisyanla birlikdə rəhbərlik etmiş Babayan həmin vaxtlar Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi sənədi imzalamağa hazır olduğuna dair sensasion bəyanatla çıxış edib : "O nə deyir desin, bu gün bizim əlimizdə onların ətrafında danışıqlar apardıqları sənədlər var. Çox aydın və dəqiq şəkildə deyilir ki, biz 5 rayonu, sonra iki rayonu, sonra bir dəhlizi qaytarırıq, amma Qarabağ münaqişəsinin həlli görünmür. Və bunun üçün qoşun yeridirlər. İndi mən sual verirəm: bu güzəştdir ya güzəşt deyil, bu xəyanətdir ya yox?.. Əgər onları, hansı danışıqların aparıldığı barədə bu gün bizdə olan məxfi sənədlərin dərci maraqlandırırsa, biz bunu da dərc etməyə hazırıq, amma bu, milli maraqlarımızın zərərinədir, ona görə də bu barədə danışmırıq. Mən sadəcə insanların ağızlarını bağlamalarını xahiş edirəm, daha danışmayın... Əgər kimsə daha yaxından tanış olmaq istəyirsə, onlar mənim əlimin altındadır",- deyə Babayan bildirb. 

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Qeyd edək ki, bir neçə gün öncə İrəvanda canlı yayıma çıxmış Serj Sarkisyan aprel döyüşlərindən danışaraq onu Ermənistanın diplomatik sahədə böyük qələbəsi kimi qələmə verməyə çalışmışdı. Paşinyanla yaxın olan Babayanın çıxışı ona cavab kimi qiymətləndirilir. 

Serj Sarqsyan çıxış zamanı
Serj Sarqsyan çıxış zamanı
Aprel döyüşlərinin gedişi - 2-5 aprel 2016-cı il
Aprel döyüşlərinin gedişi - 2-5 aprel 2016-cı il