“Böyük yeddilik” İranla bağlı qərar verdi

25 Avqust, 2019 10:59 | Siyasət | Baxış sayı: 126
İranın Buşehr şəhərində atom reaktoru
İranın Buşehr şəhərində atom reaktoru

Fransanın Biarrits şəhərində keçirilən görüşdən açıqlama

Fransanın Biarrits şəhərində keçirilən görüşdə “Böyük yeddilik” ölkələrinin liderləri yekdil olaraq qərara gəliblər ki, İran nüvə silahına malik olmamalıdır.

İstiPress-in məlumatına görə, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat verib.

G7 liderləri Yaxın Şərq regionunda sülh və sabitliyə yardım etməyə hazır olduqlarını da bildiriblər.

Agentliyin həmsöhbətinin məlumatına görə, Yaponiyanın Baş naziri Sindzo Abe müzakirələr zamanı Tokionun “İranın uranın zənginləşdirilməsi səviyyəsini aşması ilə bağlı ciddi narahatlığını” bildirib.

Bununla yanaşı, Yaponiya hökuməti bu problemin “diplomatik yolla həllinə nail olmağa” davam etmək niyyətindədir.