Azərbaycanlı bloger Rusiyada saxlanıldı

25 Avqust, 2019 10:19 | Siyasət | Baxış sayı: 191
Elvin İsayev
Elvin İsayev

Konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib

Azərbaycanlı bloger Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

İstiPress-in məlumatına görə, əslən Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, bu hələ təsdiqini tapmayıb.

Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloger kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib.