Tramp Fələstinə 200 milyon dollar ayırmaq qərarını dəyişdi

25 Avqust, 2018 11:07 | Siyasət | Baxış sayı: 47
Donald Tramp Qüdsdə yəhudi məbədinin qalıqları önündə
Donald Tramp Qüdsdə yəhudi məbədinin qalıqları önündə

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinə Fələstinə 200 milyon dollar yardımın ayrılması məsələsinə yenidən baxmağı tapşırıb.

İstiPress-in məlumatına görə, Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bu vəsait İordan çayının Qərb sahillərində və Qəzzada digər layihələrin həyata keçirilməsinə sərf ediləcək.

Diplomat qeyd edib ki, müvafiq qərarın qəbuluna səbəblərdən biri HƏMAS-ın atdığı addımlardır: “O, insanların həyatını təhlükə altına atır və humanitar və iqtisadi vəziyyəti pisləşdirir”.

Xatırladaq ki, humanitar yardımın HƏMAS qruplaşmasının fəaliyyəti əleyhinə ayrılması nəzərdə tutulmuşdu.