Trampın impiçmentinin vaxtı açıqlandı

25 Avqust, 2017 13:13 | Siyasət | Baxış sayı: 221
Donald Tramp. ABŞ prezidenti
Donald Tramp. ABŞ prezidenti

Rusiya ilə əlaqələr, hakimiyyətdən sui-istifadə və qanun pozuntuları prosesi sürətləndirir

Donald Trampın ABŞ prezidenti olacağını düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru Allan Lixtman indi də onun impiçmentinin vaxtını deyib.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, professor ABŞ-da 2018-ci ildə keçiriləcək Senata seçkilərdən əvvəl impiçmentin qeyri-mümkünlüyünü deyib.

"Bunu yalnız və yalnız 2019-cu ilin əvvəlində başlatmaq mümkündür", - professor bildirib.

Rusiya ilə əlaqələr, hakimiyyətdən sui-istifadə və qanun pozuntuları prosesi sürətləndirir.