Paşinyanın sentyabrda təsdiqlədəcəyi İstanbul anlaşması

25 İyul, 2019 17:08 | Siyasət | Baxış sayı: 595
Paşinyan
Paşinyan

Ermənistan hakimiyyətinin “sorosçu” qanadı məsələ ilə bağlı ciddi fəallaşıb

Hakim “Mənim addımım” fraksiyasına İstanbul konvensiyasını öyrənmək, amma bu barədə danışmamaq tapşırılıb ki, sentyabrda səssizcə təsdiqləsinlər.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Qraparak" qəzeti yazıb. Qəzetin yazdığına görə, İstanbul konvensiyasını köhnə hakimiyyət imzalsa da, yeni hakimiyyətin onu təsdiq etməkdən başqa yolu yoxdur. 

2011-ci il mayın 11-də Türkiyənin İstanğbul şəhərində Avropa Şurasının 46 dövləti tərəfindən imzalanmış konvensiyanın rəsmi adı qadınlara qarşı və ailədə zorakılığın əleyhinə beynəlxalq anlaşma olsa da, Avropanın 33 ölkəsinin parlamenti tərəfindən təsdiqlənsə də Ermənistan onu təsdiqləməyə tələsmir. Böyük Britaniya da bu konvensiyanı təsdiqləməyib.

İstanbul konvensiyasına imza atmış ölkələr (göylər təsdiqləyib, qırmızılar yox)
İstanbul konvensiyasına imza atmış ölkələr (göylər təsdiqləyib, qırmızılar yox)

Məsələ bundadır ki, anlaşma gündəliyə orta cins məhfumunu daxil edir ki, Ermənistanın əksər siyasi qüvvələri bunun erməni ailəsini kökündən sarsıdacağını düşünür. Yəni gündəmdə Ermənistanda şomoseksual cütlüklərin nikahının qeyd alınması dayana bilər.

Qəzetin yazdığına görə, hakim partiyanın təmsilçisi Lilit Makunts deputatlarla ayrı-ayrılıqda zəng edərək bildirir ki, konvensiya barədə yaranan pis təəssüratları barədə susunlar, yaxşı təəssüratlar barədə danışsınlar. Ümumiyyətlə, indiki erməni hakimiyyətinin bütün “sorosçu” qanadı konvensiyasının təsdiqlənməsinə çalışır.