Tramp İranın ali dini liderinə qarşı sanskiyalar tətbiq edib

25 İyun, 2019 11:19 | Siyasət | Baxış sayı: 95
Xamenei Donald Tramp haqqında danışdı
Xamenei Donald Tramp haqqında danışdı

Donald Tramp bu barədə fərman imzalayıb.

ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı da sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

IstiPress-in "TASS"a istinadən verdiyi məlumata görə, D.Tramp bildirib ki, İrana qarşı yeni sanksiyalar İranın son həftələr ərzində nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə görə atılır. Əli Xameneiyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

ABŞ prezidentinin sözlərinə görə, yeni sanksiyalar İran rəhbərliyinin maliyyə resurlarına çıxışını bağlamağa yönləndirilib: "Mənim imzaladığım fərman vasitəsi ilə tətbiq edilən sanksiyalar rəhbər və ali dini liderin, həmçinin onun aparatının və onunla bağlılığı olan şəxslərin vacib maliyyə resurlarına və dəstəklərə çıxışlarını bağlayacaq".