Tanınmış jurnalist İsrafil Məmmədov vəfat etdi

25 İyun, 2019 11:55 | Siyasət | Baxış sayı: 161
İsrafil Məmmədov
İsrafil Məmmədov

Azərbaycanlıların soyqırımı haqqında 12 sənədli filmin baş məsləhətçisi olub

Azərbaycanın tarix elmləri namizədi, görkəmli alim, tanınmış jurnalist İsrafil Məmmədov dünyasını dəyişib.

IstiPress, tanınmış tarixçi 92 yaşında vəfat edib.

Qeyd edək ki, İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə Bakıya köçüb, dəfələrlə infarkt keçirib, görmə qabiliyyətinin 80%-ni itirib.

O, azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub.

Allah rəhmət eləsin!