Paşinyan Qarabağdan azad olmağa çalışır - Koçaryan sarsılıb

25 İyun, 2019 15:09 | Siyasət | Baxış sayı: 720
Robert Koçaryan
Robert Koçaryan

Eks-prezident yerli telekanala ittihamlarla dolu müsahibə verib

“Paşinyan Dağlıq Qarabağın işlərinə qarışır, bu, çox təhlükəlidir”, - Ermənistanın keçmiş prezidenti Robert Koçaryan erməni telekaqnalına müsahibəsində bildirib.

“Paşinyanın Dağlıq Qarabağ üzrə bəyanatları sadəcə insanı sarsıdır. Baş nazir dəfələrlə deyib ki, bu dağlıq bölgə əks-inqilabın beşiyindir” deyən Koçaryanın sözlərinə görə, hətta Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bunu etməyib.

“Baş nazir hesab edir ki, Qarabağın bütün məsələləri İrəvan tərəfindən həll edilməlidir. Əgər belədirsə, bir dəfə xarici liderlər Ermənistan hakimiyyətinə təzyiq göstərər və onlara uyğun olan həll varinatını nail olarlar”,- deyə Koçaryan bildirib. 

Eks-prezidenti qeyd edib ki, indiki hakimiyyət üçün Qarabağ dəyər yox, ağır yükdür: “Ter-Petrosyanın dövründə də o, belə deyirdi. Çünki Ermənistan hakimiyəti hər vasitə ilə bu ağır yükdən yaxa qurtamağa çalışır vaə Qarabağı Ermənistanın iqtisadi nikişafı üçün tormoz hesab edir”.

Koçaryan sona tərsinə düşündüyünü bildirib: “Mən hesab edirəm ki, bu dağlıq bölgə Ermənistan üçün böyük dəyərdir”.