İran Azərbaycanın dollardan imtina etməsini istəyir

25 İyun, 2019 11:32 | Siyasət | Baxış sayı: 298
Məhəmməd Cavad Zərif
Məhəmməd Cavad Zərif

Tehran Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər dövlətlərlə danışıqlar aparır

İran bir sıra ölkələrlə ikitərəfli maliyyə sazişlərinin bağlanmasını müzakirə edir.

IstiPress “İnterfaks”a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Cavad Zərif bildirib:

“Biz Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər dövlətlərlə maliyyə sazişləri ilə bağlı danışıqlar aparırıq. Onlardan bir neçəsi ilə saziş artıq bağlanıb, digərləri ilə bağlanmaq üzrədir”.

Qeyd edək ki, bu saziş ticarət əməliyyatlarında ABŞ dollarından imtinanı nəzərdə tutur.