Xalq tamaşa və çörək istəyir, tamaşa var, çörək yoxdur

25 İyun, 2018 11:15 | Siyasət | Baxış sayı: 256
Nikol Paşinyan
Nikol Paşinyan

Erməni ekspertlərində ciddi şübhələr yaranıb

İrəvan ekspertləri düşünür ki, ölkədə tamaşa boldur, çörəklə isə bağlı problemlər var.

Onların fikrincə, toplumu səs-küylü korrupsiya qalmaqalları ilə doyurmaq qeyri-mümkündür. İnsanlar Paşinyan hakimiyyətinin vəd etdiyi islahatların nəticəsini görməlidir. Hazırda bütün Ermənistanda zərbəçi templərlə  korrupsiya mübarizəsi gedir.

Demək olar ki, hər gün dövlət vəsaitlərinin oğurlanması və bu və digər dövlət məmurunun tutulması barədə xəbərlar yayılır. Ekspertlər bu isteriyanın növbəti kampaniyaya çevirmə riskindən həyəcanla  danışırlar.

Polittexnoloq Armen Badalyan hesab edir ki, korrupsiya ilə mübarizə vacib məsələdir.  Ancaq elə rəy yaranır ki, Paşinyan və onun komandası erməni xalqının qalan problemlərini - ilk öncə sosial iqtisadi və maliyyə problemlərini bir tərəfdə qoyub. 

Bəllidir ki, xalq çörək və tamaşa tələb edir. Hakimiyyət isə hələlik onları yalnız tamaşa ilə doyura bilər. Çörəklə bağlı isə hələ ki problem var. Badalyanın fikrincə, hələ də inkişafın istiqaməti və Paşinyan hakimiyyətinin hansı iqtisadi siyasəti planlaşdırdığı bəlli deyl.

Növbədən  kənar parlament seçkiləri ərəfəsində tarixin ən səs-küylü korrupsiya qalmaqalları təbii ki, Respublika Partiyasının - keçmiş hakim partiyanın mövqələrinə həlledici zərbə vurmaqdır. Belə çıxır ki, xalq, onun çətinliklər və problemlri barədə tamamilə unudub. Bütün bunları çox uzun müddətli sonraya qoyublar.