Müharrem İncə etiraf etdi

25 İyun, 2018 10:11 | Siyasət | Baxış sayı: 251
Muharrem İncə
Muharrem İncə

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Muharrem İncə seçkilərdə məğlubiyyətini etiraf edib. İstiPress "Sözçü"yə istinadla xəbər verir ki, bunu FOX TV-nin əməkdaşı İsmayıl Kiçikqaya açıqlayıb.

Kiçikqaya Muharrem İncə ilə WhatsApp vasitəsilə yazışdığını bildirib. Onun sözlərinə görə, İncə "təbii ki, adil yarış deyildi, amma Ərdoğanın qələbəsini qəbul edirəm. Adam qalib gəldi" ifadəsini işlədib.

Buna baxmayaraq, İncə Yüksək Seçim Kurulunun qərarını gözləyəcəyini və seçkilərin nəticəsi ilə bağlı daha sonra açıqlama verəcəyini bildirib.