İlham Əliyev Ərdoğanı təbrik edən ilk dövlət başçısı oldu

25 İyun, 2018 09:32 | Siyasət | Baxış sayı: 143
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

İstiPress-in məlumatıa görə, İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı dünən keçirilən prezident seçkisində qələbə ilə bağlı təbrik edən ilk dövlət başçısı olub. Bu, Türkiyənin ictimai telekanalı TRT-də seçki ilə bağlı gedən canlı yayımda xüsusi vurğrulanıb.    

Azərbaycan Prezidentinin Mətbuat xidmətini məlumatına görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.