Saakaşvili qayıdır

25 May, 2019 10:53 | Siyasət | Baxış sayı: 117
Mixail Saakaşvili
Mixail Saakaşvili

Keçmiş prezident gələn həftə Ukraynada ola bilər

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıda bilər. 

Bu barədə UNN agentliyi məlumat yayıb. Siyasətçi ölkədə keçirilən prezident seçkisindən sonra qayıtmaq niyyətində olduğunu açıqlamışdı. 

Saakaşvili öz vəkili ilə Vladimir Zelenski administrasiyasına ona Ukrayna vətəndaşlığının geri qaytarılması xahişi ilə məktub ünvanlayıb.