Prezidentə təbriklər gəlməkdə davam edir

25 May, 2019 08:53 | Siyasət | Baxış sayı: 19
Respublika günü
Respublika günü

Liderlərin 28 May arzuları

28 May Respublika günü münasibəti ilə prezident İlham Əliyevə təbriklər gəlməyə davam edir. Ötən gün daha bir neçə lider İ lham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yaponiyanın İmperatoru Naruhito Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə prezidentə səmimi təbriklərini çatdırmaqdan böyük məmnunluq hissi duyduğunu bildirib. "Sizə xoşbəxtlik, ölkənizin xalqına isə rifah arzulayıram".

San-Marino Respublikasının Kapitan-Regentləri Nikola Selvadan və Mişel Muratori də Respublika Günü münasibətilə San-Marino xalqı adından və öz adlarından dost Azərbaycan xalqına ən gözəl arzularımızı və səmimi təbriklərini çatdırıblar. 

Təbrik edənlər arasında Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov və başqaları da var.