"İnanıram ki, strateji tərəfdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək"
Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevGürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
"Əliyevlər ailəsi Çingiz Mustafayevin qəhrəmanlıqlarını dəfələrlə ən yüksək kürsülərdən çıxışlarında qeyd ediblər"
Rusiya prezidentinin yanından ayırmadığı çantanın içi
Toplanış döyüş hazırlığı planına əsasən keçirilib
34 yaşlı yeni nazir bu həftə vəzifələrinin icrasına başlayır
Xaçkarı qara boyadılar