Yeni müharibə anonsu - Ordumuz hazırdır

25 May, 2018 09:30 | Siyasət | Baxış sayı: 848
ABŞ ordusu
ABŞ ordusu

Tramp sözündən döndü, təhlükəli gözlənti

ABŞ prezidenti Donald Tramp daha bir gözlənilməz addım atıb. O, bütün dünyanın gözlədiyi Şimali Koreya lideri Kim Çen In ilə keçirilməsi planlaşdırılan görüşünü ləğv edib. Bu barədə isə həmkarına ünvanladığı məktubla məlumat verib. 

Donald Tramp məktubunda hazırkı şəraitdə görüşün reallaşmasının uyğun olmadığını vurğulayaraq bu səbəbdən təxirə saldığını qeyd edib. O, müraciəti ilə Şimali Koreya ilə həm yeni toplantı üçün ümid yeri, həm də savaş mesajjı verib. 

Tramp Ağ evdə verdiyi açıqlamada iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırlan tarixi görüşü ləğv etməsinin səbəbini də açıqlayıb. "Bunun dünya və Şimali Koreya üçün geriyə doğru atılan böyük bir addım olduğuna inanıram. Şimali və Cənubi Koreya xalqlarının birlikdə, sülh və rifah içərisində yaşamağa haqları var. Bu parlaq gələcək ancaq nüvə silahı təhlükəsi ortadan qalxarsa mümkündür. Əgər Kim Çen In məsələyə dialoq ilə yanaşmanı qəbul edərsə onu gözləyirəm. Bu müddət ərzində isə güclü sanksiyalar və təzyiq kampaniyamıza davam edəcəyik". 

KNDR ilə işlər yolunda gedərsə yeni zirvə toplantısının da mümkün olduğunu bildirib. Yox əgər hər şey düşünüldüyü kimi irəliləməsə həm ABŞ, həm Cənubi Koreya, həm də Yaponiyanın orduları hazır vəziyyətdədir. "Müdafiə naziri ilə danışdım. Əgər gərək olarsa ordumuz hazır vəziyyətdədir. Cənubi Koreya və Yaponiya ilə də danışıqlar aparmışam. Şimali Koreya düşünülməmiş addım atarasa onlar da hazırdırlar və hərbi əməliyyatlarla bağlı yaranacaq maliyyə yükünün çox hissəsini qarşılayacaqlar".