Paşinyan Azərbaycanın bu yatağını nəzarətə götürmək istəyir

25 May, 2018 20:28 | Siyasət | Baxış sayı: 1888
Nikol Paşinyan Qarabağda
Nikol Paşinyan Qarabağda

Ermənistanın yeni baş nazirinin hərbi və iqtisadi hücum planı

Yaxın zamanlarda Ermənistanda dağ mədən obyektlərinin, o cümlədən metallurgiya yataqlarının yoxlanmasına başlanacaq.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsindən canlı bağlantı zamanı bildirib. Yataqların işlədilməsinin yaratdağı ekoloji problemlərdən danışan Paşinyan yeni yataqların işlədilməsi üçün sertifikatların verilməsinə maksimum mane olacağını bildirib.

Ermənistanda metallurgiya sahəsi dedikdə əsasən qızıl hasilatı, konkret olaraq Zod qızıl yatağı nəzərdə tutulur ki, həmin yataq hələ sovet illərindən yerin altı ilə irəliləyərək Azərbacan ərazisinə 12 kilometrə kimi daxil olub. İşğal edilmiş Azərbaycan torpaqlarında istismara yararlı daha bir neçə qızıl yatağının olduğu nəzərə alınarsa, Nikol Paşinyanın özü də fərqinə varmadan Azərbaycanın qızıl yataqları barədə danışması aydın olur.

Məsələ bundadır ki, Göyçənin Vardenis (Basarkeçər - red) rayonunda yerləşən Zod qızıl mədənində işlər çoxdan Ermənistanın rəsmi sərhədini keçib və hələ sovet dövründən 11 kilometr Kəlbəcər tərəfə keçib, yəni Zodda rəsmən Azərbaycan qızılı çıxarılır. Amma Nikol Paşiyan heç də bu qızıl barədə Azərbaycana məxsus olduğuna görə danışmır. O, dəfələrlə qeyd edib ki, Qarabağ klanı həmin qızılı oğurlayır və az bir hissəsini rəsmiləşdirir.

Zod kəndinin üzərində qızıl mədəni
Zod kəndinin üzərində qızıl mədəni

Məsələn, “armtimes.com” portalının yazdığına görə, Paşinyan bu fikri hələ 2016-cı ildə parlamentdə çıxış edən zaman bildirib. Bir neçə gün Vardenisdə olduğunu söyləyən Paşiyan Serj Sarkisyanın qardaşı Saşikin qızıl filizlərini supergüclü yük maşınları ilə naməlum istiqamətə daşıtdırdığını bildirmişdi. Qızıl mədənlərini nəzarətə götürməklə o, Qarabağ klanını maliyyət imkanlarını zəfilətməyə çalışır.

Artak Davtyan
Artak Davtyan

Lakin klanın əsas gücü ordudadır, çünki klan rəhbərlərinin Ermənistan prezidentliyinə yolu müdafiə nazirliyindən keçib. Buna görə, Paşinyan ordudan da Qarabağ təmsilçilərini çıxarmağa başlayıb. Məsələn, bu günlərdə Ermənistan silahlı qüvvələrinin baş qərərgahının rəisi vəzifəsindən qarabağlı Movses Akopyanı çıxararaq yerinə özünə yaxın olan Artak Davtyanı təyin edib. Bu zaman Davtyanın peşəkarlıq baxımından hansı səviyyədə olmasına belə məhəl qoymayıb. Ermənistan hərbçiləri Artak Davtyanı elə də güclü əhrçi saymırlar. Məsələn, general-leytenant Artur Aqabekyan onu çox zəif kadr adlandırıb. Amma Aqabekyanın da qarabağlı olması və klanın hesabına vəzifələrə yüksəlməsi faktı var. Buna görə Paşiyanın ordudan qarabağlıları uzaqlaşdırmasının klana ciddi təsir göstərdiyinin sübutudur.