Azərbaycanın iki qonşusu ABŞ-ı qorxuya saldı

25 May, 2018 10:26 | Siyasət | Baxış sayı: 462
ABŞ-a məxsus hərbi texnika
ABŞ-a məxsus hərbi texnika

Amerikanın S-400 dərdi

Türkiyənin Rusiyadan S-400 raket kompleksi alması ilə heç cür barışa bilməyən ABŞ növbəti addımını atıb. İstiPress-in məlumatına görə, ABŞ Türkiyəyə alternativ kompleks təklif edib. Bu barədə dövlət katibi Maykl Pompeo bildirib. 

"Türkiyənin bu addımı düzgün deyil. S-400 alışı bizimlə onların, eləcə də NATO ilə arada çox problemlər yarada bilər. Biz onlara diplomatik təzyiq edir, həm də alternativ təqdim edirik. Ümid edirəm ki, onların davranışları NATO tələblərinə uyğun olacaq". 

Xatırladaq ki, Türkiyəni Rusiyanın ən güclü silahını əldə etməkdən çəkindirmək üçün ABŞ və NATO uzun müddətdir mübarizə aparır. Bu yolda onlar hətta təhdidlərdən də istifadə ediblər. Lakin ötən ilin dekabr ayında Ankarada rusiyalı rəsmilərlə alqı-satqı haqqında razılaşma əldə edilib. 

Hətta bu alışın Türkiyəyə "F-35" qırıcılarının çatıdırlmasında da problemlər yarada biləcəyi bildirilib. XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, əgər bu hal baş verərsə rəsmi Ankara Vaşinqtona qarşı cavab tədbiri görəcək.