Əli bəy Hüseynzadənin qızı 101 yaşında vəfat etdi

25 Aprel, 2020 09:37 | Siyasət | Baxış sayı: 101
Feyzavər Alpsar
Feyzavər Alpsar

Feyzavər Alpsar İstanbulda dünyasını dəyişib

Azərbaycanın böyük mütəfəkkiri​ Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar vəfat edib.

IstiPress-in məlumatına görə, o, 101 yaşında İstanbulda dünyasını dəyişib.

Qeyd edək ki,  F.Alpsar Azərbaycan Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni və “Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub. 2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir.

Feyzavər Alpsar və azərbaycanlı jurnalist Dilqəm Əhməd
Feyzavər Alpsar və azərbaycanlı jurnalist Dilqəm Əhməd