Zirehli qatarı ilə Rusiyaya gələn Kim görüşə başladı

25 Aprel, 2019 09:43 | Siyasət | Baxış sayı: 56
Şimali Koreya lideri Rusiyada
Şimali Koreya lideri Rusiyada

Şimali Koreya lideri rusiyalı həmkarı ilə birlikdə

Vladivostokda Rusiya prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen Inın arasında görüş başlayıb. Liderlər təkbətək görüşlə danışıqlara start veriblər. Putin Şimali Koreyanın nüvə probleminin həlli, ABŞ-la münasibətlərin normallaşdırılması, dialoq cəhdini alqışlayıb. 

KXDR rəhbəri də rusiyalı həmkarı ilə danışıqların səmərəli olacağına ümid etdiyini qeyd edib. 

Danışıqlar Russki adasında, Uzaq Şərq Federal Universitetinin şəhərciyində keçirilir. Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirələr başlayacaq. 

Kim Çen In isə artıq aprelin 24-də zirehli qatarla Rusiyaya gəlib