Stul spirtlədilər, limuzinlə birlikdə qaçdılar - cangüdənlər gündəm oldu VİDEO

25 Aprel, 2019 12:35 | Siyasət | Baxış sayı: 242
Cangüdənlər
Cangüdənlər

Şimali Koreya liderinin cangüdənləri liderlərini belə qoruyurlar

Rusiyaya səfər edən Şimali Koreya prezidenti Kim Çen In yenə cangündələri ilə gündəmə gəlib. Liderin mühafizəçiləri bu ölkədə də qəribə davranışları ilə maraqlı görüntülərə səbəb olublar. 

Belə ki, mühafizəçilər əvvəlcə Vladivastokdakı stansiyaya girən zirehli qatarının yanı ilə qaçaraq onu qarşılayıblar. Onlar hələ hərəkəti dayanmamış qatarın qapılarını, pəncərələrini siliblər, sonra isə vaqonun qapısına qırmızı xalı səriblər.

Qarşılanma mərasimindən sonra isə KXDR lideri limuzininə minərək ərazini tərk edib. Bu zaman isə yenidən cangüdənlər onun xidməti maşının ətrafına toplaşaraq avtomobillə yanaşı qaçmağa başlayıblar. 

Bu gün isə Kim Çen Inın Rusiya lideri Vladimir Putin ilə danışıqları başlayıb. Bu görüşdən öncə də cangüdənlər işə düşüblər. Bu dəfə onlar Şimali Koreya liderinin əyləşəcəyi kreslonu tibbi spirtlə təmizləyiblər.  Yayılan görüntülərdə də aydın görünür ki, əlində əlcək olan qara kostyumlu şəxs danışıq salonundakı stullardan birini başdan ayağa kimi silir.