Ərdoğan Çubuka görə Kılıçdaroğluna "keçmiş olsun" dedi - VİDEO

25 Aprel, 2019 17:22 | Siyasət | Baxış sayı: 67
Ərdoğan Kılıcdaroğlu ilə görüşür
Ərdoğan Kılıcdaroğlu ilə görüşür

İki lider Türkiyə Konstitusiya Məhkəməsinin təşkil etdiyi tədbirdə görüşüb

Bu gün Türkiyə Konstitusiya Məhkəməsinin təşkil etdiyi tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanla CHP lideri Kamal Kılıçdaroğlu üz-üzə gəliblər.

İstiPress "Habertürk"ə istinadən bildirir ki, mərasimə təşrif buyuran Ərdoğan orada olan Kılıçdaroğluna yaxınlaşıb, salamlaşıb.

Məlumata görə, Ərdoğan salamlaşma zamanı CHP liderinə “Keçmiş olsun” deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ankarada şəhid dəfnində Kılıçdaroğluna hücum olmuşdu. Hücum edənlər həbs olunsalar da, ertəsi gün azadlığa buraxılıblar.