İrəvan yenə savaş meydanına çevrilir

25 Aprel, 2018 10:28 | Siyasət | Baxış sayı: 293
Nikol Paşinyan mitinqdə
Nikol Paşinyan mitinqdə

Paşinyan Karapetyanla dil tapa bilmədi

Nikol Paşinyan bu gün narazı kütləni yenidən İrəvanın mərkəzinə toplayır. Bu barədə qərar onun baş nazir vəzifəsini icra edən Karen Karapetyanla görüşünün təxirə salınmasından sonra qəbul edilib. Paşinyan deyib ki, hakimiyyətə öz görüş formatını təklif edib. Əsas şərt söhbətdə jurnalistlərin iştirakı olub.

Onun sözlərinə görə, Respublika partiyası bu şərtə hətta cavab belə verməyib. "Hakim partiyanın Sarkisyanı qurban verməklə hakimiyyəti saxlamağa cəhd etdiyini düşünmək üçün bütün əsaslarımız var".

Karapetyan isə öz növbəsində bildirib ki, danışıqlar Paşinyanın ucbatından dayandırılıb. “O, dialoq və ya danışıq istəmir. Paşinyan öz fikirlərini səsləndirmək istəyir. O, konkret olaraq bizim tərəfimizdən kimin danışıqlarda iştirak etəməli olduğunu deyir”.

Bununla yanaşı yerli mətbuat bildirir ki, bəzi deputatlar artıq Ermənistandan qaçmağa başlayıblar. Belə ki, bir il öncə Sarkisyanın tərəfdaşı olan, eks general, oliqarax, deputat Seyran Saroyan deyirdi ki, ölkədə heç vaxt inqilab olmayacaq. Çünki xalq bunu istəmir. Bu gün isə deputat qızının yaşadığı ABŞ-a qaçıb.  Yaxın vaxtlarda hakim partiyadan olan başqa deputatlar da onunla eyni addımı atacaqlar.

Xatırladaq ki, Nikol Paşinyan əgər xalq istəsə baş nazir olmağa hazır olduğunu bildirmişdi. Bundan başqa müxalifət liderinin sözlərinə görə, hakim partiyadan heç vaxt və heç kim , o cümlədən Karapetyan hökumət başçısı ola bilməz.

Beləliklə İrəvan yenidən qaynamağa başlayır...