Ərdoğan Əliyevlə görüşdü, dünyaya müjdə verdi

25 Aprel, 2018 15:55 | Siyasət | Baxış sayı: 438
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Ankaradan isti-isti

 Prezident İlham Əliyevlə Ankarada görüşən prezident Ərdoğan TANAP-ın seçkilərdən əvvəl iyun ayında açılacağını açıqlayıb.

İstiPress-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankara şəhərində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasında görüşüblər.  Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı iclasdan sonra keçirdiyi mətbuat toplantısında verib. 

Ərdoğan deyib: "Növbəti böyük layihə TANAPın açılışı olacaq. Biz bunu iyun ayının əvvəlində edəcəyik və biz seçkidən əvvəl dünyaya bir müjdə olacaq."

Türkiyədə prezident və parlament seçkiləri iyunun 24-ə təyin edilib.