Ermənilərin Qarabağda İdlib qorxusu - Goranboya hücumun əsl səbəbi

25 Mart, 2020 14:15 | Siyasət | Baxış sayı: 1963
Rusiyanın ən müasir silahı Türkiyənin zərbə dronları ilə döyüşdə effektsiz oldu
Rusiyanın ən müasir silahı Türkiyənin zərbə dronları ilə döyüşdə effektsiz oldu

Paşinyan hücuma birinci başlamaqla Moskvanın məsələyə müdaxiləsinə çalışır

Azərbaycanın Qarabağda İdlib variantından istifadə edərək dronlarla hücum edəcəyi qorxusu artıq bir neçə həftədir İrəvanı bürüyüb.

İstiPress-in məlumatına görə, neo-faşist millətçi dairələr bu barədə sosial şəbəkələrdə  müzakirələr aparırlar və Suriya nümunəsini misal gətirərək, həyəcanla Rusiyanın bu məsələdə Ermənistana yardımçı ola bəlməyəcəyini deyirlər.

Məsələn, erməni şərhçi Naira Ayrumyan “Lragir”də yazdığı məqaləsində erməni ictimaiyyətinə çatdırır ki, Azərbaycan onlarla dronun iştirak etdiyi hərbi təlimlər keçirir və yəqin ki, Qarabağda İdlib varinatını təkrar etməyə çalışacaq. Xatırladaq ki, Türkiyə bir neçə həftə öncə İdlibdə 30-dan çox türk əsgərinə qarşı terror təşkil etmiş Bəşar Əsəd qoşunlarını dronlarla dağıtmışdı, 3500-ə yaxın əsgərini, onlarla tankını və iki hərbi təyyarəsini, 3 zenit-raket kompleksini məhv etmişdi.

Azərbaycanın da çox sayda zərbə dronu var və 2016-cı ilin aprel döyüşlərində  lokal da olsa onlardan istifadə edilmişdi və Ermənistan ordusu 20-dən çox tankını, real olaraq 500-ə yaxın hərbçisini itirmişdi (ölənlərdən 400-ü PKK döyüşçüsü idi). Bu, İdlib səviyyəsində təkrarlanarsa, əlində real olaraq mövcud olan 15-20 minlik ordusunun bütün gücünü Qarabağda yerləşdirilmiş Ermənistan ordusu üçün ölüm hökmü demək olar. 

Aprel döyüşlərinin gedişi - 2-5 aprel 2016-cı il
Aprel döyüşlərinin gedişi - 2-5 aprel 2016-cı il

Erməni neo-faşistlərini ən çox qorxudan məsələ Rusiyada koronavirusun tüğyan etməsi ilə Kremlin başının özünə qarışmasıdır. Nə qədər qərbyönümlü maskası taxsa da Rusiya qulbeçəsi oluğu istənilən yazısından görünən şərhçi Akop Badalyan “Lragir”də yazdığı məqaləsində bütün hap-gopunun içində üstörtülü olsa da bu məqama toxunub.  O, erməniləri sakitləşdirməyə çalışır ki, “koronavirus geosiyasət rejimini dəyişə də, onun məğzini dəyişə bilməz”, “heç kim Bakıya dünya üçün əlavə problemlər yaratmağa imkan verməz” və s. Yəni xristian havadarları erməniləri darda qoymaz və s.

Bəlkə də, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən Azərbaycan ordusunun Goranboy rayonundakı mövqelərinə hücumu da bununla bağlı olub - Nikol Paşiyan Rusiyanın başının gözlənən koronavirus probleminə qarışmasından öncə bölgədə gərginliyi artırmağa çalışır ki, Moskva məsələyə reaksiya verib Azərbaycanın terror əleyhinə əməliyyatlar aparmasını dayandırsın - vasitəçilik təklif etsin, 2016-cı ildəki kimi zonaya desant töküb qeyri-rəsmi müdaxilələr etsin və s.

Düzdür, bir sıra Rusiya ekspertlərinin fikrincə, Paşinyan ölkədə yaratdığı gərginliyi Qarabağda münaqişəni alovlandırmaqla azaltmağa çalışır. Məsələn Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza” portalına müsahibəsində bildirib ki, Paşinyanın bu əməlləri blefdən başqa bir şey deyil və əhalini Azərbaycan təhlükəsi xofu qarşısında öz ətrafına toplamağa çalışır.

Yəni istənilən halda, Azərbaycan ən əlverişli məqamı seçməli, Rusiyanın, yaxud qərb dövlətlərinin məsələyə ən az potensial müdaxiləsi ola biləcəyi dövrü seçməlidir. Ekspertlər demişkən, gün gələcək regionda biz, ermənilər və koronavirus qalacaq. Bax, lazım olan, həmi məqamdır.