Rusiyada 20 Yanvar qırğınını törədənlərdən biri öldü - SSRİ-nin son marşalı

25 Fevral, 2020 10:49 | Siyasət | Baxış sayı: 175
5393811
5393811

Dmitri Yazov Vilnüsdə törədilən qırğında da ittiham edilirdi

SSRİ-nin sabiq müdafiə naziri, son marşalı Dmitri Yazov vəfat edib. Bu abrədə məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. 

Yazov fevralın 25-də 96 yaşında uzunmüddətli və ağır xəstəlikdən sonra ölüb. 

Dmitri Yazov 1924-cü ilin noyabrın 8-də anadan olub. Sovet İttifaqının marşalı hərbi rütbəsi verilmiş (1990-cı il) sonuncu sovet komandanıdır. Yazov 1987-91-ci illərdə SSRİ-nin müdafiə naziri olub.

Xatırladaq ki, Yazov 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilərək dinc əhaliyə qarşı törədilən qırğına rəhbərlik edən əsas şəxslərdən biri olub. 

1990-cı ildə Sovet İttifaqı Marşalı hərbi rütbəsinə layiq görülüb.

Bir neçə il öncə Litvanın Vilnüs şəhər dairə məhkəməsi Yazovu 10 il müddətinə azadlıqdan məhrum edib. Bu qərar 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qırğına görə qəbul edilmişdi. 

Məhkəmə onu hərbi cinayətlərlə, bəşəriyyətə qarşı törədilən cinayətdə günahkar bilib.  1991-ci il 13 yanvar hadisələrində 14 silahsız insan qətlə yetirilib, 31 nəfər ömürlük şikəst qalıb, 1000-dən çox insan isə yaralanıb.