Ermənilərin vurduğu 19 yaşlı şəhid dəfn edildi FOTO

25 Fevral, 2020 12:57 | Siyasət | Baxış sayı: 411
Dəfn
Dəfn

İsmayıl Vəliyev Zərdabda torpağa tapşırılıb

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin təmas xəttində şəhid olmuş 19 yaşlı sərhədçi əsgər İsmayıl Vəliyev bu gün dəfn edilib. İstiPress-in Şimal bürosunun məlumatına görə, dəfn mərasimi Zərdabda baş tutub. Gənc əsərin nəşi rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Dəfn mərasumində Zərdab rayon icra başçısı Mərdan Camalzadə, Kəlbəcər rayon İH rəhbəri Aqil Məmmədov, hər iki rayonun idarə və təşkilat rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər və Zərdab şöbələrinin rəsmiləri, ziyalılar, sakinlər, müharibə veteranları və şəhidin ailə üzvləri, eləcə də  qulluq etdiyi DSX-nin hərbi hissənin nümayəndələri iştirak edib.

Qeyd edək ki, fevralın 24-də Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olan düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

İ.Vəliyev Kəlbəcər rayon sakinidir. Onun ailəsi məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb. İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Onlar ailədə 3 uşaq olublar.