Türkiyədə zəlzələ bölgəsində qalan azərbaycanlı tələbələrlə bağlı tapşırıq

25 Yanvar, 2020 15:00 | Siyasət | Baxış sayı: 143
Zəlzələ bölgəsindəki əhali
Zəlzələ bölgəsindəki əhali

Təxliyyə tədbirləri prezident İlham Əliyevin tapşırığı ilə görülür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii fəlakət nəticəsində 22 nəfər ölüb, 1500-ə yaxın şəxs yaralanıb.Onlarla ev dağılıb.