İlham Əliyev Ərdoğana başsağlığı verdi

25 Yanvar, 2020 12:42 | Siyasət | Baxış sayı: 44
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

"Hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk"

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Dövlət başçısı Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib.

“Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Xatırladaq ki, ötən gün axşam saat 21 radələrində Elazığda baş verən 6,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.