Erməni hərbçilər bir-birini güllələdi

25 Yanvar, 2020 10:41 | Siyasət | Baxış sayı: 63
Erməni hərbçisinin əşyası
Erməni hərbçisinin əşyası

Hadisə işğal altındakı torpaqlarımızda baş verib

Azərbaycanın işğal altında olan ərazilərində erməni hərbçilər bir-birini güllələyiblər. Emənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Artsrun Ovanisyan da informasiyanı təsdiqləməyə vadar olub.

Onun sözlərinə görə, hərbçilərdən birinin vəziyyəti çox ağırdır. Hadisənin nə üstündə baş verdiyini isə o istintaqın gedişatı ilə əlaqələndirərək cavablandırmayıb.

Erməni mətbuatı erməni hərbçinin məhz işağl edilən torpaqlarda bir-biri ilə hesablaşmağa çalışmasının ilk dəfə baş vermədiyini yazır. Qəzetlər artıq həyəcan təbili çalmağın vaxtı olduğunu düşünürlər.