Azərbaycandan Türkiyəyə yardım təklifi

25 Yanvar, 2020 12:00 | Siyasət | Baxış sayı: 93
Elazığ zəlzlələsi
Elazığ zəlzlələsi

XİN zəlzələ qurbanları ilə bağlı başsağlığı verib

"Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır". Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ötən gün Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib. 

"Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır".

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20 nəfər ölüb, mindən çox adam yaralanıb. Onlarla bina dağılıb.