Prezident mahnı oxudu
Rusiya prezidenti Vladimir Putin Moskva Dövlət Universitetində tələbələrlə görüşü zamanı “on dörd dəqiqə” mahnısını ifa edib.
İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, tələbələrdən biri ifa zamanı həyəcandan mahnının sözlərini unudub. Bu zaman prezident musiqinin sözlərini tələbənin yadına salıb və bir yerdə mahnını oxuyublar.
Görüş tələbə gününə həsr olunub. Sonra Rusiya dövlət başçısı tələbələrlə öz təcrübələrini bölüşüb.