İki sahilin dostluq rəmzi Xudafərində

24 Dekabr, 2020 16:54 | Siyasət | Baxış sayı: 487
Xudafərin körpüsü
Xudafərin körpüsü

İstiPress-in xüsusi müxbiri işğaldan azad edilmiş Vətən torpağında

Torpaqlarımızın işğaldan azad olunmağa başladığı vaxtdan qədim və Azərbaycanın ən unukal tarixi abidəsi olan Xudafərin körpüsünə getməyi çox arzulayırdım. Bu əvəzolunmaz məkan barədə tarixdən az-çox məlumatlı olsam da, görməyi çox arzulayırdım. Necə deyərlər, yüz eşitməkdənsə bir görmək daha yaxşıdır. Və nəhayət, bu arzum reaallaşmağa doğru getməkdədir.

Yağışlı bir gündə şumaldan üz tutduq üzü Cəbrayıla doğru. Qusardan "Mersedes" markalı avtomobillə çıxanda qar yağmasa da, havadan əməlli-başlı qar soyuqluğu yağırdı. Həm yükümüz ağır idi, həm də hava... Amma heç nəyin fərqində deyildim. Yalnız irəli getmək barədə düşünürdüm. Düz 474 km məsafə qət etdikdən sonra 7 saata gəlib çatdıq Fizuli rayonu ərazisində yerləşən Horadiz sərhəd dəstəsinə.

Nəzərə alaq ki, dumanlı, yağışlı hava şəraitində 7 saat yol qət etməyimiz təbii idi. Gecə ikən dərhal Xudafərinə getmək istəsək də hərbi nizam-intizama tabe olaraq səhəri gözləməli olduq. Gözləməli olduq-deyəndə Horadizdə ilk səhəri dirigözlü açdım.Və artıq "UAZ" markalı sərhədçi avtomobili ilə Xudafərin körpüsünə üz tutduq. Yolboyu çox həyəcanlıyam. Zarafat deyil, əvvəllər də olmadığım, heç vaxt görmədiyim Qarabağa, Cəbrayıl rayonuna və Xudafərinə gedirəm.

İlk dayandığımız yer Cəbrayıl rayonunun girişi və yol ayrıcı oldu. Bu yolun biri Hadrut-Xocavənd-Şuşaya gedən yoldur.Cəbrayıl şəhəri də bu yolun üstündə yerləşir. Bəli, bəli, Qarabağın incisi, baş tacı sayılan, məhz onun işğaldan azad edilməsi zəfər günümüz elan edilən gözəl Şuşamıza gedən yolun üstündəyik. Hələlik gedə bilməsək də, artıq hamımız həm qəlbən, həm də cismən Şuşadayıq: Salam, Şuşam!!!

Yolumuza davam edirik. Xarabalığı xatırladan mənzərələr!!! Adamın bu mənzərələrdən ürəyi ağrıyır. Özününkü olmayan torpaqları bu terrorçu, vəhşiləşmiş millət ünsürləri nə günə salıblarmış, qabaqlarına keçəni vurub dağıdıblarmış. Vallah, televiziyadan görmək bir başqa, yerində görmək daha çox ağrılıdır. Xarabalıq sözü mənə hələ orta məktəb illərindən ulu Nizaminin "Sirlər Xəzinəsi"ndən "Nuşirəvanla bayquşun söhbəti" hekayəsindən, sonralar Xirosima və Naqasaki şəhərlərinin fotokadrlarından tanış olsa da, indi əyani şəkildə öz ölkəmdə öz gözlərimlə qəlbimə acı xatirə kimi həkk etməkdəyəm.

Cəbrayılın Şükürbəyli qəsəbəsindəyik. Bələdçi hərbçilərimizin bildirdiyinə görə, işğalçılar burda məskən salıblar, yaşayıblar. Ermənilər Şükürbəylini Azərbaycana hücum üçün ən yaxın müdafiə xətti hesab ediblər. Hətta irəliləmək də istəyiblər, amma cəsur igidlərimiz mənfurların arzusunu gözlərində qoyub. Nəinki irəliləmək, hətta başları ilan başı kimi əzilib burda. 

Növbəti dayanacağımız ünvan isə Soltanlı kəndi oldu. Vətəni olmayan işğalçılar burada güclü istehkam qurublarmış. Fərz edirlərmiş ki, guya bu istehkamı sındırıb dəf etmək, zərərsizləşdirmək mümkün olmayacaq heç vaxt. Soltanlıda bir həftəyə yaxın çox gərgin və qızğın döyüşlər gedib. Azərbaycanın Müzəffər Ordusu düşmənin başını yenə ilan başı kimi əzib,özlərini də istehkam qarışıq məhv edib. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin qorxmazları, ümumilikdə, bütün qoşun növlərinin hərbi qulluqçuları Soltanlıda qətiyyətlə vuruşaraq erməni yaraqlılarının torpaq arzusunu gözündə qoydular. Eşq olsun şanlı Azərbaycan əsgərinə!!! Burada gedən qızğın döyüşləri Prezident İlham Əliyev noyabrın 23-də Ağdam məscidində çıxışı zamanı da xüsusilə qeyd edib: "Cəbrayıl rayonunun Soltanlı kəndində bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə bir istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər."

Bəli, alicənab Ali Baş Komandanın söylədiyi kimi, erməniləşdifmək istəyirdilər bu namərd qonşularımız Soltanlını da. Amma düşmənin bu xam arzusu da haram tikə kimi boğazlarında qaldı. Başları əzilərək məhv edildilər və bu kənddə də torpağın əsl sahibinin Ordusunun sərt üzü ilə qarşılaşdılar. Xarabalığı xatırladan Soltanlıdan ürək ağrısı ilə ayrılaraq yolumuza davam etməkdəyik. Necə deyərlər, yolçu yolda gərək. Azərbaycan-İran sərhədi boyu irəliləyərək gəlib çatdıq mənzil başına, əsl ünvana. Bu da məşhur, möhtəşəm, tarixin yadigarı, məğrur Xudafərin körpüsü!!! Ömrümdə heç vaxt hiss etmədiyim gözəl duyğular mənimlədir. Azərbaycan memarlığınınən gözəl nümunəsi, Azərbaycanın ən unikal mədəniyyət abidəsi Xudafərin,xoş gördük!!! Çox qürurluyam!!! Sanki Xudafərin öz möhtəşəm duruşu ilə onu kənardan seyr edən hər bir azərbaycanlıya deyir ki: "Mən burda möhkəm dayanmışam. Siz də möhkəm olun". Oktyabrın 18-də Azərbaycan əsgəri Xudafərinin azad edilməsini İlham Əliyevə məruzə edəndə mən Qusarda elə bərkdən sevinclə qışqırmışdım ki, hətta öz səsimə özüm diksinmişdim.

Bəli, indi bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Ayıq-sayıq dayanan sərhəd keşikçilərinin!!! Dövlət Sərhəd Xidmətinin zastavası işğaldan əvəl sadələşdirilmiş keçid olan məntəqənin ərazisində yerləşib indi. Keçid məntəqəsinin binası erməni şərəfsizləri tərəfindən vəhşicəsinə darmadağın edilib. İstifadəyə tam yararsızdır. Bu səbəbdən hələlik çadırlarda yerləşən əsgərlərin əhval-ruhiyyəsi elə yüksəkdir ki, sözlə ifadə edə bilmirəm. Halal olsun sizlərə!

İndi özüm burdayam. Arazın üstündə 27 ildir yad tapdaqlarından qürurunu itirməyib məğrur dayanan Xudafərin!!! 1027-ci ildə inşa edilmiş bu unikal sənət əsəri, tarixin yadigarı öz möhkəmliyini qoruyub saxlaya bilib. İki sahildə yerləşən, Azərbaycanla İran arasında dostluq rəmzi olan Xudafərin illər uzunu strateji, qardaşlıq ənənələrini yaşadıb və son 27 ildə də həm xain düşmənə baş əyməyib, həm də baş verən təbii fəlakətlərə mətanətlə sinə gərib. Azərbaycan əsgərinin yolunu gözləyib. Və o gün gəlib çatıb artıq. Azərbaycan əsgərinin bayraq sancdığı Xudafərində Prezident İlham Əliyev də möhtəşəm Azərbaycan bayrağını ucaltdı.

Həmin yerdə olmağımdan, həm də bura ayaq basan ilk qadın jurnalist olaraq da çox sevincliyəm. Körpünün yerləşdiyi Qumlaq kəndinə baxanda isə vəhşilərin əlindən çıxmış viranə qalmış ev qalıqları görünür. Dəhşətli görüntülərdir. Vandalizm və vəhşiliyin bariz izləri burda da aydın görünməkdədir.

Bəli, indi bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Ayıq-sayıq dayanan sərhəd keşikçilərinin!!! Dövlət Sərhəd Xidmətinin zastavası işğaldan əvəl sadələşdirilmiş keçid olan məntəqənin ərazisində yerləşib indi. Keçid məntəqəsinin binası erməni şərəfsizləri tərəfindən vəhşicəsinə darmadağın edilib. İstifadəyə tam yararsızdır. Bu səbəbdən hələlik çadırlarda yerləşən əsgərlərin əhval-ruhiyyəsi elə yüksəkdir ki, sözlə ifadə edə bilmirəm. Halal olsun sizlərə! 

 

Yazımın əvvəlində yükümüzün ağır olmasını qeyd etmişdim. Horadizdə "UAZ"-a yüklədiyimiz sovqatı boşaltmağın məqamı gəldi. Əsgərlərlə görüşəndə Qubanın icra başçısı Ziyəddin Əliyevin alma sovqatını, Qusar polis şöbəsinin rəisi Ziya Əliyevun isə ləzgi bacı-qardaşlarımızın xərək çörəyini və yağlı lavaş payını onlara çatdırdım. Bu rəsmi şəxslər adlarını qeyd etməməyimi demişdilər. Çəkdim.İndi hər kəsin öz adı ilə çağırmaq məqamıdır. Əslində qüdrətli dövlətimiz öz əsgərini hərtərəfli və tam təmin edir. Mən adətən Azərbaycanın Rusiya ilə sərhədində - ən ucqar dağ zastavasında gördüyüm əsgərin bol ərzaq təminatını burda da gördüm, heç nəyə ehtiyacı yoxdu əsgərin. Amma payın öz yeri var,elimizin adəti var axı, pay paydır da. Digər sərhədlərimizdən fərqli olaraq isə müharibədən çıxmış zastavada hələlik heç bir şərait yoxdur. Ermənilərin yerlə yeksan etdiyi bu binada yerləşən Azərbaycan əsgəri çox nikbin və qürurludur. Torpaqdan pay olmaz! -deyən bu cəsur sərhədçi əsgərlər Vətəni namus və vicdanla, cani-dildən qoruyurlar. Sərt relyef və iqlim şəraitində yerləşən, qələbədən sonra yaradılan bu zastavada qulluq etmək hər bir əsgərə xoşdur. Bunu özləri dedilər, şəhidlərimizin ruhunu yad etdik birgə,əsgərin hazırladığı ləzzətli yeməyin dadına baxdıq birgə. Və vaxt tamamdır artıq. Geriyə qayıtmalıyıq. Erməni vandallığını yerində görmək ağır olsa da indi çox qürurluyuq ki, burada Azərbaycan əsgəri keşik çəkir. 27 ildir yad, iyrənc, rəzil sifətlər görən Azərbaycan torpağı indi əsl sahibinin addım səsini dinləyir. Xudafərindən ayrılırıq. Yaxşı bilirik ki, tezliklə işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, sərt və həssas zonada yerləşən bu zastavada da yeni infrastruktur yaradılacaq. Tezliklə burada müasir tələblərə cavab verən yeni zastava binasını görəcəyik. Nəinki burada, Azərbaycanın İranvə Ermənistanla sərhəd nöqtələrində işğaldan azad olunmuş bütün zolaqlarında güclü yenilənmənin şahidi olacağıq. Dövlətimiz buna qadirdir və biz bunu yenə də görəcəyik. Geri qayıdanda Xudafərin tunelinin yanında da ayaq saxladıq. Sovet dövründə dəmiryol tuneli olmuş bu tarixi məkanı ermənilər xoşbəxtlikdən dağıtmayıblar. Azərbaycan-İran sərhədinə-Xudafərin körpüsünə gedən yeganə yolun üstündə yerləşdiyinə görə. 

Xudafərin səfərində təhlükəsizlik tədbirlərinə çox diqqət yetirdik.Cəbrayıldan Xudafərinə gedən yolda hərbçilərin qoyduğu məsafədən bir addım irəli ayaq basmadıq.Bunu bizdən təhlükəsizliyimizi qoruyan sərhədçilər də tələb edirdi.Mən özüm də əsgər sözü vermişdim. Ərazilərin minalı olduğu diqqətimizə çatdırılmışdı. ANAMA-nın qadağan etdiyi səddi qəti keçmədim.Horadizdəki sərhədçilərlə sağollaşıb geri qayıdırıq. Yeri gəlmişkən, Horadizdə əslən Qusarın Bədişqala kəndindən olan gizir Xavər Sovziyevin xidməti mənzilində gecələdim.Ləzgi qonaqpərvərliyini bu gənc ailənin timsalında bir daha gördüm.Ümumilkdə1210 km məsafə qət etdikdən sonra yenidən Qusardayam. Təşəkkürlərim var. Yol yoldaşlarım sürücümüz- Xudat sərhəd dəstəsinin giziri Amid Rzayevə və bu səfərdə də məni tək qoymayan, ANS televiziyasında operatorum olmuş Rəşad Ağaşirinova minnətdaram. Erməni vəhşiliklərini yerində görməyim üçün yaradılan şəraitə görə sərhədçilərə, xüsusən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevə təşəkkür edirəm. Ən böyük təşəkkürüm isə bu gün 59 yaşını qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm, mənim daimi Prezident hesab etdiyim İlham Əliyevədir. Hər bir Azərbaycan vətəndaşına, bizlərə 30 ildir görmədiyimiz qələbə sevincini Şanlı, qüdrətli Ordumuzun şücaəti sayəsində yaşatdığına görə,işğalda fəryad edərək inləyən tarixi torpaqlarımızı yenidən özümüzə qaytardığına görə. Mənə də xoş oldu ki, alicənab Prezidentin 59 yaşına İstiPress-də bu yazını verdiyimə görə. Təbii ki, 2-ci Qarabağ savaşında verdiyimiz şəhidləri də unutmuruq heç vaxt. Hər bir şəhidin ruhuna, xatirəsinə sonsuz ehtiramım var. Onların ruhu şaddır indi, qanları qarışan torpağımız azaddır və bu torpağın hər bir vətəndaşı onları unudan deyil...

Aytəkin Alxaslı