Dövlət başçısı azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaltdı

24 Dekabr, 2020 10:41 | Siyasət | Baxış sayı: 131

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazidə Azərbaycan bayrağını ucaldıb.

İstiPress-in məlumatına görə, bununla bağlı videogörüntünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

“Qarabağ Azərbaycandır”, - deyə Ali Baş Komandan bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarına səfər ediblər.