Putin İlham Əliyevi təbrik edib

24 Dekabr, 2018 11:10 | Siyasət | Baxış sayı: 51
Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

İstiPress-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Rusiya dövlətinin başçısı öz həmkarına göndərdiyi məktubda qeyd edib ki, Azərbayan prezidenti "öz həmvətənləri arasında və xaricdə təcrübəli və uzaqgörən siyasi xadim kimi layiqli hörmətə malikdir, öz ölkəsinin gerçək lideridir".

Putin həmçinin Rusiya və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində İlham Əliyevin töhfəsini yüksək qiymətləndirib. O, öz həmkarına can sağlığı, xoşbəxtlik və dövlət işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Vladimir Putin hələ də Nikol Paşinyanı Ermənistan baş naziri seçilməsi münasibəti ilə təbrik etməyib.