Bu gün ad gününü qeyd edən üçəmlər

24 Dekabr, 2018 17:25 | Siyasət | Baxış sayı: 336
Üçəm Zəhra, Fatimə və İlham Əmrullayevlər
Üçəm Zəhra, Fatimə və İlham Əmrullayevlər

3 otaqlı xidməti mənzillə təmin edilmiş üçəmlərin hekayəsi

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin 57 yaşı, onun şərəfinə adı qoyulmuş hərbçi balası İlham Əmirəliyevin isə 1 yaşı tamam olur.

İstiPress-in şimal bürosunun məlumatına görə, İlham Əmirəliyev Azərbaycan Milli Ordusunun hərbi qulluqçusu Əmrulla və Şəhla Əmirəliyevlərin üçəmlərindən biridir. Əmirəliyevlərin ailəsində üçəmlər 2017-ci il dekabr ayının 24-də Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsində doğulub.2 qız ,1 oğlan olan üçəmlərə Zəhra, Fatimə və İlham adları verilib.

Üçəmləri doğulandan Müdafiə Nazirliyi gənc ailəni Gəncə şəhərində 3 otaqlı xidməti mənzillə təmin edib. Ailə lazımi məişət, üçəmlər isə geyim və yataq əşyaları ilə təchiz edilib.

Üçəmlərin ad günündə birdən birə 3 övlad atası olmuş hərbi qulluqçu Əmrulla Əmirəliyev ailəsi adından yaradılan şəraitə görə Ali Baş Komandan İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova minnətdarlıq edib: "Bu gün 1 yaşlı oğlum İlhamın adaşı, cənab prezidentimiz İlham Əliyevi də ürəkdən təbrik edirəm. Çalışacağam ki, İlham, Zəhra və Fatiməni cəmiyyətimizə layiq övlad kimi böyüdüm".

Üçəm Zəhra, Fatimə və İlham Əmrullayevlər
Üçəm Zəhra, Fatimə və İlham Əmrullayevlər