ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarını dəyişməyəcək

24 Dekabr, 2018 10:32 | Siyasət | Baxış sayı: 46
ABŞ ordusu Suriyada
ABŞ ordusu Suriyada

Pentaqon rəhbərinin və digər yüksək çinli məmurların istefaya getməsi vəziyyəti dəyişmədi

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri və digər yüksək çinli məmurların istefaya getməsinə baxmayaraq, Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərarını dəyişməyəcək.

İstiPress-in məlumatına görə, bu barədə ABC telekanalına açıqlamasında Ağ ev Aparatının rəhbəri vəzifəsini yerinə yetirən Mayk Malvani bildirib.

Bu məsələ ilə bağlı Trampın siyasətinin dəyişməsinin mümkünlüyü barədə sualı cavablandıran Malvani belə deyib: "Xeyr, hesab edirəm ki, Prezident lap əvvəldən insanlara Suriyada daimi qalmaq istəmədiyini söyləyib. İkiillik işin nəticəsini görürüsünüz".