Məsciddə cümə qətliamı - 235 ölü

24 Noyabr, 2017 19:27 | Siyasət | Baxış sayı: 278
Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı zamanı qırğın

Əvvəl ərazidə bomba partlayıb, sonra namaz qılanlara 4 avtomobildən atəş açılıb

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində 235 nəfər ölüb, 120 nəfər yaralanıb.

İstiPress "Reuters"ə istinadən xəbər verir ki, hadisə Qəzza sərhədlərinə yaxın ərazidə baş verib. Əvvəl ərazidə bomba partlayıb, sonra namaz qılanlara 4 avtomobildən atəş açılıb. 

Həmin məsciddən daha çox sufilərin istifadə etdikləri bildirilir.

 Misir prezidenti Əbdülfəttah əs-Sisi Sinay yarımadasında, Əl-Əriş şəhərində yerləşən Əl-Raud məscidində törədilən terror aktının qurbanlarının xatirəsinə ölkədə üçgünlük matəm elan edib. Bundan başqa, Misir prezidenti Sinay yarımadasındakı vəziyyəti müzakirə etmək üçün bütün güc strukturlarının rəhbərlərinin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Terrorun baş verdiyi ərazi