"Yeni Hitler istəmirik"
Səudiyyə Ərəbistanı ilə İran arasında münaasibətləri daha da gərginləşə bilər. İstiPress-in məlumatına görə, buna səbəb Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın İranın ali dini lideri haqqında dedikləridir. O, İranın dini lideri Əli Xameneini "yeni Hitler" adlandırıb.
Şahzadə "Newyork Times"a müsahibəsində bu barədə danışıb. Bir başa Xamaneini hədəfə alan şahzadə "Avropa Hitleri təcrübə edib. Yaxın Şərqə yeni Hitler istəmirik", deyə bildirib.
Qeyd edək ki, iki ölkə arasında gərginlik Livan baş nazirinin İranı ittiham edərək Səudiyyənin paytaxtında istefa verməsindən sonra artmışdı.
Məhəmməd bin Salman ölkəsində rəhbəri olduğu komitə tərəfindən korrupsiyada ittiham edilərək saxlanılan şahzadə və milyonçular haqqında da danışıb. "Onlara əlimizdəki sübutları göstərdik. Bunları görən kimi, 95 faizi razılığa gəlməyə qərar verdi".
Moskva havadan müdafiə sistemini İsrailə uduzmasından çox narahatdır
ABŞ-ın S-400 narahatlığı
İlham Əliyev müharibədə şəhid olan və itkin düşənlərlə bağlı fərman verdi
"İçəri girən kimi məni tutub suladılar"