Tramp Türkiyə sanksiyalarını ləğv etdi, amma...

24 Oktyabr, 2019 09:12 | Siyasət | Baxış sayı: 67
Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Maliyyə Nazirliyinə göstəriş verdi

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edib. Bu barədə prezident Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bəyan edib.

Sanksiyalar Türkiyənin Suriya ilə sərhəddə başladığı "Ba rış pınarı" hərbi əməliyyatına görə tədbiq edilmişdi. Amerika lideri oktyabrın 14-də tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün Maliyyə Nazirliyinə göstəriş verib. 

Tramp bildirib ki, sanksiyalar onları şad etməyən nəisə baş verənə qədər aradan qaldırlır. "Biz yenidən sanksiya tədbiq etmək, o cümlədən Türkiyə məhsullarına olan gömrük rüsumlarını qaldırmaq haqqını özümüzdə saxlayırıq".

Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. ABŞ lideri yaxın zamanda onunla görüşəcəyinin də anonsunu edib. 

Xatırladaq ki, 3 türkiyəli nazir adı da tədbiq edilən sanksiylara salınmışdı. Bunlar Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz və Daxili İşlər naziri Süleyman Soylu idi. 

"Barış pınarı" əməliyyatı oktyabrın 9-da başlayıb. Məqsəd sərhəddə terror dəhlizinin yaradılmasının qarşısını almaq, Türkiyənin milli təhlükəsizliyinin təminatı və suriyalı qaçqınları öz vətənlərinə yerləşdirməkdir.