Paşinyanın gizli qərarı

24 Oktyabr, 2019 10:04 | Siyasət | Baxış sayı: 71
Nikol Paşinyan
Nikol Paşinyan

Əməlinin üstü açılan erməni nazir özünə haqq qazandırdı

Bu ilin iyun ayında Ermənistanın baş naziri Nikol Paşinyan öz kabinetinin üzvlərinin və onların müavinlərinin maaşını əhəmiyyətli dərəcədə artırıb. Erməni nazir bunu gizli yolla edib. Bu barədə məlumatı BBC yayıb. 

Hökumətdəki mənbələr bu məlumatı təsdiqləyiblər. Müxalifət isə gizli qərardan hiddətlənib və onun qanuniliyinə şübhə ilə yanaşmağa başlayıblar. Deputatlar büdcə xərclərinin bu yolla istifadə edilməsinin əleyhinə çıxıblar. 

Ötən gün parlamentdə çıxış edən Paşinyan gizli qərarına aydınlıq gətirməli olub. O, deyib ki, maaş artımı bu ilin büdcə müzakirələri zamanı nəzərdə tutulan fondlar hesabına baş verib. O, gizlilik ittihamlarını da rədd edib və qeyd edib ki, bütün nazirlər hər il gəlirləri haqqında bəyannamə verirlər. İlin sonunda istəyən hər kəs onun gəlirlərini 12-yə bölərək aylıq qazancını hesablaya bilər. 

Xatırladaq ki, Ermənistanda ağır iqtisadi böhran hökm sürür. İşsizlik, qiymət artımı fonunda hər gün ölkədən yüzlərlə insan qaçır.