Müdafiə naziri NATO toplantısına gedir

24 Oktyabr, 2019 12:47 | Siyasət | Baxış sayı: 17
Zakir Həsənov - Müdafiə naziri
Zakir Həsənov - Müdafiə naziri

Toplantı sabah Brüsseldə başlayır

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb. Nazir NATO-nun Mənzil-Qərargahında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak edəcək. 

Oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.