Ərdoğanın Putinə cavabı türkləri məst etdi VİDEO

24 Oktyabr, 2019 09:55 | Siyasət | Baxış sayı: 327
Soçi görüşü
Soçi görüşü

Türkiyə Putinin ricasına belə cavab verdi

Bir neçə gün öncə Soçidə Türkiyə və Rusiya prezidentləri arasında keçirilən görüşə dair yeni görüntülər üzə çıxıb. Görüş maraqlı məqamla yadda qalıb. İstiPress-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinin istəyinə cavabı mətbuatın gündəminə düşüb. 

Ərdoğan iki prezidentin görüşünə Suriyada qurulması nəzərdə tutulan təhlükəsiz bölgənin kordinatları əks edilmiş xəritə ilə gəlib. Vladimir Putin mətbuat nümayəndələrinin çəkdiyini görüb türkiyəli həmkarından masaya qoyduğu sənədlərin içərisindəki xətirəni qapatmasını rica edib. 

Ərdoğanın Putinə cavabı isə "qoy nə qədər çalışdığımızı görsünlər" olub. Bundan sonra o qırmızı üz qabıqlı sənədi bağlayıb. 

Xatırladaq ki, iki prezident arasında görüş 6 saatdan artıq davam edib.