Trampın köməkçisi Bakıda

24 Oktyabr, 2018 11:30 | Siyasət | Baxış sayı: 80
Con Bolton
Con Bolton

Milli təhlükəsizlik üzrə müşavir XİN-ə gəlib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib. Artıq onun XİN rəhbəri Elmar Məmmədyarovla görüşə başladığı da bildirilib.

Səfər zamanı C.Bolton rəsmi şəxslərlə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın inkişafı, eləcə də regional məsələlərin müzakirə edəcəyi gözlənilir. 

Qeyd edək ki, Bolton Azərbaycandan öncə Rusiyada səfərdə olub. Onun Cənubi Qafqaza səfəri çərcivəsində Gürcüstan və Ermənistanda olacağı gözlənilir.